×
A
A
A
Sazlamalar

Ekoaksiyada iştirak edən könüllü: “Xocalı faciəsi qurbanlarının xatirəsini anır, “Xocalıya ədalət” şüarı səsləndiririk”

Şuşa, 26 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Laçın-Xankəndi yolunda dinc aksiyanın 77-ci günü 26 fevral – Xocalı faciəsinin 31-ci ildönümünə təsadüf edir. Biz bu gün könüllü gənclər olaraq Xocalı faciəsi qurbanlarının xatirəsini anır, aksiyada “Xocalıya ədalət” şüarı səsləndiririk.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Azərbaycan Gənclər Təşkilatı İttifaqının könüllüsü, ekofəal Ləman Mirzəyeva bildirib.
O deyib: “Xocalı soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifələrindən biridir. Erməni quldurları qoca, qadın, uşaq demədən, Xocalının 613 sakinini qətlə yetiriblər. Biz onların xatirəsini daim anırıq. Allah şəhidlərimizə rəhmət eləsin”.

Xocalı faciəsi 2023-02-26 15:01:00