Aşağı Ağcakənd qəsəbəsində ehsan süfrəsi açılıb
Goranboy, 26 fevral, Elcan Məmmədov, AZƏRTAC
Goranboyda Xocalı soyqırımı faciəsinin 31-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Goranboy şəhəri Şəhidlər Xatirə Kompleksi və yeni yaşayış massivində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə ziyarət olunub.
Anım tədbiri çərçivəsində soyqırımına həsr olunan rəsm sərgisi nümayiş etdirilib.
Tədbirdə Goranboy və Xocalı rayonlarının icra hakimiyyətlərinin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sonra Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Xocalı soyqırımı qurbanlarının və bütün şəhidlərin ruhuna ehsan süfrəsi açılıb.
Mərasimdə şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb.
Biləsuvarda sel təhlükəsi ilə bağlı son vəziyyət açıqlanıb
Şəmkirdə narkotik yetişdirən şəxslər saxlanılıb
İmişlidə narkotik tərkibli bitki yetişdirən şəxs tutulub
Şahdağ Milli Parkında dünyaya gələn bala maral müşahidə altında saxlanılır - REPORTAJ