×
A
A
A
Sazlamalar

İtaliyadakı icma üzvümüz: Xocalı həqiqətlərini beynəlxalq aləmdə yaymaq bizim borcumuzdur

Roma, 26 fevral, AZƏRTAC

Azərbaycan mədəniyyətinin dünyada təbliği ilə yanaşı, Xocalı həqiqətləri, acılarımızın və xalıqımızın çəkdiyi bəlaların da beynəlxalq aləmdə yayılması bir azərbaycanlı kimi bizim borcumuzdur.
Bunu AZƏRTAC-a müsahibəsində İtaliyada fəaliyyət göstərən Azərbaycan İcması Assosiasiyasının sədri Turan Sadiqi deyib.
İcma üzvümüz qeyd edib ki, dəhşətli soyqırımının dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası müstəsna əhəmiyyət kəsb edir. İtaliyadakı Azərbaycan icmasının üzvü kimi bu təşəbbüsə görə Leyla xanım Əliyevaya təşəkkürümü bildirirəm.
“Xocalı və digər başımıza gələn müsibətlərin təbliğ olunması, sərgilərin və məlumatlandırıcı sosial aksiyaların təşkili bir parça da olsa azərbaycanlıların ürəyindəki o ağrının və dərdin italyanlara, İtaliya cəmiyyətinə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir”, - deyə o bildirib.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Xocalı faciəsi 2023-02-26 14:30:00