×
A
A
A
Sazlamalar

Qərbi Azərbaycan İcması Xocalı soyqırımı abidəsini ziyarət edib

Bakı, 26 fevral, AZƏRTAC

Qərbi Azərbaycan İcmasının (QAİ) rəhbərliyi və İcma üzvləri Xocalı soyqırımının ildönümü ilə əlaqədar Xocalı soyqırımı abidəsini ziyarət ediblər.
QAİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İcmanın rəhbər heyəti və üzvlər abidənin qarşısına güllər düzərək, Ermənistan tərəfindən törədilmiş bu dəhşətli soyqırımında həyatını itirənlərin xatirələrini dərin ehtiramla yad edib, ruhlarına dualar oxuyublar.

Cəmiyyət 2023-02-26 13:55:00