×
A
A
A
Sazlamalar

Xocalı qətliamının 31-ci ildönümü Ağdaşda silsilə tədbirlərlə yad edilib

Bakı, 26 fevral, AZƏRTAC

Azərbaycan xalqının tarix səhifəsinə qanla yazılmış günlərdən biri də 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecədir. Həmin gün dünya tarixində görülməmiş bir qətliam baş verdi, Xocalı soyqırımı törədildi. Mənfur düşmənlərimiz ermənilər tərəfindən törədilmiş qətliamın 31-ci ildönümü Ağdaşda keçirilən silsilə tədbirlərlə yad edilib.
AZƏRTAC xəbər verir ki, Ağdaş rayon Gənclər və İdman İdarəsinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağdaş nümayəndəliyinin təşkilatçılığı ilə ardıcıl olaraq Maqsud Şeyxzadə adına Texniki, Humanitar və Təbiət fənləri təmayüllü Gimnaziyada və Ağdaş Peşə Məktəbində "İrəli" İctimai Birliyi tərəfindən hazırlanmış "Böyüməyən uşaqlar" filmi nümayiş olunub. Filmdə şagirdlərə və məktəblilərə dəhşətli günün qurbanlarından olan Mehdinin timsalında hər iki valideynini itirmiş uşaqların taleləri təqdim edilib.
Könüllülər Ağdaş Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərimizin abidələri önünə güllər düzüb, xatirələrini anıblar.
Həmçinin Ağdaş Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağdaş nümayəndəliyinin gəncləri "Qırmızı qar" filmini izləyiblər. Bu film də soyqırımının bütün dəhşətlərini özündə əks etdirir.

Regionlar 2023-02-26 13:06:00