×
A
A
A
Sazlamalar

Türkiyə səfiri: Xocalı soyqırımı insanlığa sığmayan vəhşi cinayətdir

Bakı, 26 fevral, AZƏRTAC

Xocalı soyqırımı insanlığa sığmayan vəhşi cinayətdir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı söyləyib.
“Bizlər sevinc və kədəri eyni yaşayan millətin övladlarıyıq. 1915-ci il Çanaqqala cəbhəsində və ardınca 1918-ci ildə bolşevik işğalına qarşı Qafqaz İslam Ordusu daxilində bütün Azərbaycan və Qafqaz regionunda sülh və əmin-amanlıq uğrunda çiyin-çiyinə mübarizə apardıq, birgə şəhid olduq. Bu gün şəhidlərimizin qəbirləri Çanaqqalada və Bakıda yan-yana yatır”, - deyə səfir bildirib.
Türk millətinin ən ağır faciələrindən birinin də Xocalı soyqırımı olduğunu vurğulayan Cahit Bağçı deyib: “Qarabağın ermənilər tərəfindən işğalı, qətliamlar və 100 minlərlə qardaşımızın yurd-yuvalarından didərgin düşməsi bizim də kədərimiz olub".

Xocalı faciəsi 2023-02-26 13:04:00