×
A
A
A
Sazlamalar

Dubayda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı, 26 fevral, AZƏRTAC

Azərbaycanın Dubaydakı baş konsulluğunda Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı tədbir keçirilib.
Baş konsulluqdan AZƏRTAC-a bildiriblər ki, ölkəmizin Dubaydakı baş konsulu Cavidan Hüseynov, Türkiyənin Dubaydakı baş konsulu Onur Şaylan, diaspor nümayəndələri və media təmsilçilərinin iştirak etdiyi mərasimdə Xocalı soyqırımı qurbanlarının, həmçinin Azərbaycan və qardaş Türkiyə şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbir iştirakçıları erməni silahlı dəstələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törətdikləri vəhşi qırğınlardan bəhs edən sənədli filmə baxıblar.
Mərasim iştirakçıları baş konsulluğun inzibati binasında təşkil olunmuş Xocalı soyqırımı dəhşətlərini əks etdirən fotosərgi ilə də tanış olublar.

Xocalı faciəsi 2023-02-26 06:11:00