×
A
A
A
Sazlamalar

Ötən ay informasiya və rabitə sahəsinə xərclənən vəsait açıqlanıb

Bakı, 26 fevral, AZƏRTAC

Yanvarda əsas kapitala yönəldilmiş ümumi vəsaitin 1,8 faizi informasiya və rabitə sahələrində xidmətlərin göstərilməsinə sərf olunub.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, əsas kapitala yönəldilmiş vəsaitin 19,3 milyon manatı informasiya və rabitə sahəsinin, o cümlədən 16,9 milyon manatı rabitənin payına düşüb.

 

İKT 2023-02-26 01:49:00