×
A
A
A
Sazlamalar

Xocalı sakini: Ermənilər azyaşlı dörd övladımla məni girov götürdülər

Bakı, 25 fevral, AZƏRTAC

Mən iki il Xocalıda yaşaya bildim. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə ermənilər 4 azyaşlı uşağımla məni girov götürdü. Yoldaşım aeroportda işləyirdi, orada da şəhid oldu.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında faciə şahidi Mehriban Bəkirova söyləyib.
“Ermənilərin mənə qəddarcasına rəftarı nəticəsində qucağımda olan körpəm yerə düşərək şikəst qaldı. Yaxınlarım, qohumlarım isə həmin dəhşətli gecədə qətlə yetirildi”, - deyə faciə şahidi bildirib.
Allahverdi Bağırovun köməyi ilə əsirlikdən geri qaytarıldıqlarını deyən Mehriban Bəkirova əlavə edib: “Bizi gəlib üç yaşlı körpəmlə tapdılar. Onlar mənim uşağımın xəstə olduğunu gördülər. Dedilər ki, gedək, uşağını da aparıb sağaldacağıq. Bizi Xocalıdan Əsgərana, oradan isə Ağdama aparmaq üçün çıxardılar. Şikəst olan uşağım 2011-ci ildə 19 yaşında vəfat etdi. Hazırda isə Goranboyda məskunlaşmışam”.

Qan yaddaşı 2023-02-25 16:55:00