×
A
A
A
Sazlamalar

Mingəçevir Dövlət Universitetində “Oğul” sənədli filmi nümayiş olunub

Bakı, 25 fevral, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar “Oğul” sənədli filmi nümayiş etdirilib.
Bu barədə AZƏRTAC-a MDU-dan məlumat verilib.
Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan film 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı xüsusi qəhrəmanlıq göstərmiş və itkin düşmüş hərbi əsir, mingəçevirli Natiq Qasımovun axtarışından bəhs edir.
Filmin nümayişindən əvvəl MDU-nun rektoru Şahin Bayramov çıxış edərək Qarabağ həqiqətlərinin, xalqımıza qarşı törədilən soyqırımı cinayətlərinin, düşmənin əsl simasının dünyaya çatdırılması baxımından filmin əhəmiyyətini diqqətə çatdırıb. Rektor filmin ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsi zamanı beş gün təkbaşına mühasirədə qalaraq ermənilərə müqavimət göstərən Natiq Qasımov 22 Xocalı sakininin həyatını xilas edərkən əsir düşüb.
Erməni tərəfi indiyədək Natiq Qasımovun taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizləməkdədir.

Regionlar 2023-02-25 15:20:00