×
A
A
A
Sazlamalar

Fevralın ikinci dekadasında əksər bölgələrdə hava nisbətən yağmursuz olub

Bakı, 25 fevral, AZƏRTAC

Respublikanın əksər bölgələrində fevral ayının ikinci ongünlüyündə hava şəraiti nisbətən yağıntısız keçib. Havanın orta temperaturu çoxillik iqlim normasından 1-2º yüksək, Şamaxı və Gədəbəydə normadan 1º aşağı, ötən ilin göstəriciləri ilə müqayisədə isə 2-3º aşağı olması ilə səciyyələnib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, havanın dekadalıq orta temperaturu paytaxt üzrə Maştağada 5º, Qarabağ bölgəsi və Mərkəzi Aranda 5º, Gəncə-Goranboyda 4-5º, Mil-Muğanda 4-6º, Lənkəran-Astarada 3-5º, Şəki-Zaqatalada 1-3º, Gədəbəydə -3º, Ceyrançöl-Tovuzda 1-2º, Qubada -0,3º, Dağlıq Şirvan bölgəsində (-0,6)-0,5º qeydə alınıb.
Havanın minimum temperaturu Naxçıvan və Gədəbəydə -11º, İsmayıllı və Qubada -9º, Şamaxıda -7º, Şəki və Qəbələdə -6º, Zəngilan, Cəfərxan, Tovuz, Ceyrançöl və Zaqatalada -5º, Zərdab, Bərdə, Lənkəranda -4º, Göyçay, Qazax və Maştağada -3º, Gəncədə -2º təşkil edib.

Ekologiya 2023-02-25 14:47:00