×
A
A
A
Sazlamalar

Xocalı soyqırımında ermənilərin əsas məqsədi xalqın mübarizə əzmini qırmaq olub

Bakı, 25 fevral, AZƏRTAC

AMEA A.A Bakıxanov adına Tarix İnstitutunda Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan institutun icraçı direktoru tarix elmləri doktoru dosent İlqar Niftəliyev tarix boyu ermənilərin Azərbaycan xalqının başına gətirdiyi faciələrdən danışıb. Bildirib ki, Xocalı soyqırımı XX əsr Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub.
Daha sonra professorlar Mais Əmrahov, İradə Bağırova, dosentlər Cəbi Bəhramov, Vaqif Abışov, Mübariz Ağalarlı geniş məruzələrlə çıxış ediblər. Çıxış edənlər tarixən erməni millətçilərinin Azərbaycan xalqının başına gətirilən faciələrdən, Xocalı sakinlərinə qarşı törətdikləri soyqırımından danışıblar. Bildiriblər ki, Xocalı soyqırımını törətməkdə ermənilərin əsas məqsədi xalqımızın mübarizə əzmini qırmaq olub.
Çıxışlarda Xocalı həqiqətlərinin, erməni terrorçularının insanlıq əleyhinə törətdikləri cinayətlərin dünyaya çatdırılmasının vacibliyi vurğulanıb.

Elm və təhsil 2023-02-25 12:52:00