Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı artıb
Bakı, 25 fevral, AZƏRTAC
Cari ilin yanvar ayında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 12,3 milyon manatlıq məhsul istehsal olunub.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir ki, 2022-ci illə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 44,6 faiz, elektrik avadanlıqlarının istehsalı isə 30,9 faiz artıb.
Yanvar ayı ərzində əvvəlki ilin müvafiq ayı ilə müqayisədə ölçmə cihazlarının istehsalında 72,6 faiz, elektrik tənzimləyici cihazların istehsalında isə 62,3 faiz artım qeydə alınıb.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb