×
A
A
A
Sazlamalar

Xocalı soyqırımına həsr olunmuş “Qaranlıqdan aydınlığa” adlı tədbir keçirilib

Bakı, 25 fevral, AZƏRTAC

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində əsrin faciəsi olan Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş "Qaranlıqdan aydınlığa" adlı tədbir keçirilib.
Tədbir Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Gənclərin Töhfəsi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə təşkil edilib.
Mərkəzi İncəsənət Məktəbindən AZƏRTAC-a bildirilib ki, məktəbin foyesində Xoreoqrafiya və rəssamlıq şöbəsinin müəllimləri - Azərbaycan Rəssamlar İttifaqının üzvü Nigar Şixəliyeva və Əli Ağadadaşov tərəfindən Xocalı soyqırımına həsr olunmuş sərgi təşkil edilib.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Himni səslənib, ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb və Xocalı soyqırımına həsr olunmuş, Səidə Haqverdiyevanın rejissorluğu ilə çəkilmiş "Köhnə çamadanlar" filmi izlənilib.

 

Mədəniyyət 2023-02-25 12:12:58