Xalqımızın qan yaddaşı - Xocalı soyqırımı
Bakı, 25 fevral, AZƏRTAC
Hüseyn Cavidin ev-muzeyində “Xalqımızın qan yaddaşı - Xocalı soyqırımı” mövzusunda tədbir keçirilib.
Əvvəlcə şəhidlərin və Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Tədbirdə muzeyin baş direktoru filologiya elmləri doktoru Gülbəniz Babaxanlı 1992-ci il fevralın 26-na keçən gecə ermənilərin öz havadarlarının köməyi ilə Xocalıda törətdikləri qanlı cinayətlərdən danışıb. Qeyd olunub ki, həmin müdhiş gecədə düşmən tərəfindən 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq qətlə yetirilib, 8 ailə məhv edilib, çoxlu sayda insan yaralanıb və itkin düşüb.
Xocalı faciəsi bizim qan yaddaşımızda silinməz iz qoyub.
G.Babaxanlı Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymətin Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə verildiyini vurğulayıb. O, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun xüsusi rolundan bəhs edib, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının fəaliyyətinin əhəmiyyətini diqqətə çatdırıb.
Vurğulanıb ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun gücü ilə Vətən müharibəsi zamanı Böyük Zəfər qazandıq, torpaqlarımız işğaldan azad edildi. Şəhidlərin və Xocalı faciəsi qurbanlarının qanı yerdə qalmadı.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır