×
A
A
A
Sazlamalar

Cari ilin məhsulu üçün 1064,1 min hektar sahədə dən üçün payızlıq bitkilər səpilib

Bakı, 25 fevral, AZƏRTAC

Tarlalarda, meyvə bağlarında və üzümlüklərdə becərmə işləri davam etdirilir, eyni zamanda yazlıq bitkilərin əkini üçün hazırlıq tədbirləri görülür.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, payızlıq taxıl sahələrində isə aqrotexniki tədbirlərin aparılması işi davam etdirilir.
İlkin məlumatlara görə, 2023-cü ilin məhsulu üçün 1064,1 min hektar sahədə dən üçün payızlıq bitkilər səpilib. Bunun da 664 min hektarı buğda, 400 min hektarı arpa və 0,1 min hektarı çovdar təşkil edib.

Kənd təsərrüfatı 2023-02-25 11:48:00