×
A
A
A
Sazlamalar

Pedaqoji Universitetdə anım tədbiri: Xocalının səsi

Bakı, 25 fevral, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Xocalının səsi” adlı anım tədbiri keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, soyqırımı qurbanlarının və Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rektor Cəfər Cəfərov çıxışında bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. 1992-ci il fevralın 26-na keçən gecə Xocalıda törədilmiş soyqırımı bəşər tarixində misli görünməmiş bir cinayət aktıdır. Hər il fevralın 26-da Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir. Bu gün biz şəhidlərimizin qisasını alıb doğma torpaqlarımızı işğaldan azad etmişik, ona görə də şəhidlərimizin, Xocalı qurbanlarının ruhları şaddır.
Daha sonra Xocalı faciəsi ilə bağlı müxtəlif videoçarxlar, ədəbi-bədii kompozisiyalar təqdim olunub.

Elm və təhsil 2023-02-25 11:49:00