Yanvarda metallurgiya sənayesində 71,1 milyon manatlıq məhsul istehsal olunub
Bakı, 25 fevral, AZƏRTAC
Cari ilin yanvar ayında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 71,1 milyon manatlıq məhsul istehsal olunub, hazır metal məmulatlarının istehsalı sahəsində 24,5 faiz, metallurgiya sənayesi məhsullarının istehsalında isə 37,7 faiz azalma müşahidə edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin dövr ərzində polad boruların istehsalı 2 dəfə artıb, polad tökmə istehsalı 16,6 faiz, armaturun istehsalı isə 27,3 faiz azalıb.
Hazır metal məmulatlarının istehsalı sahəsi üzrə 1350,7 ton metaldan konstruksiyalar istehsal edilib.
Ekspert: İnşaat sektorunun inkişafına təsir edən bir sıra amillər mövcuddur
İnşaat sektorunda yeni texnologiyaların tətbiqi günün reallığıdır - Açıqlama
Pirallahı rayonunun Gürgən qəsəbəsində İlqar Məcidov küçəsi təmir olunub VİDEO
AAYDA son həftə ərzində gördüyü işləri açıqlayıb
Tikinti sektoru üzrə sahibkarlığa effektiv dəstək dövlət siyasətidir - Açıqlama