×
A
A
A
Sazlamalar

Milli Kitabxanada “Khojaly genocide” adlı ingilis dilində virtual sərgi istifadəçilərə təqdim olunub

Bakı, 25 fevral, AZƏRTAC

Xocalı soyqırımının otuz birinci ildönümü ilə əlaqədar Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Khojaly genocide” adlı ingilis dilində virtual sərgi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, ingilis dilində virtual sərginin hazırlanmasında əsas məqsəd xarici oxucuları Xocalı soyqırımı haqqında məlumatlandırmaqdan ibarətdir. Virtual sərgidə Xocalı faciəsini özündə əks etdirən ingilis dilində kitablar və altyazılı fotoşəkillər nümayiş olunur.
Sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Khojaly_genocide/index.htm linkindən istifadə edə bilərlər.

Mədəniyyət 2023-02-25 10:34:40