×
A
A
A
Sazlamalar

Zaqatalada qaydaları pozan sürücülər barəsində tədbirlər görülüb

Zaqatala, 25 fevral, AZƏRTAC

Zaqatalada yol polisi əməkdaşları baş verə biləcək xoşagəlməz halların qarşısının alınması, yol-hərəkəti qaydalarını pozaraq digər hərəkət iştirakçıları üçün də təhlükə yaradan sürücülərin müəyyən edilməsi məqsədilə nəzarət-yoxlama tədbirləri keçirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən tədbirlər nəticəsində dayanma-durma qaydalarına riayət etməyən, yəni müəyyən edilməmiş yerlərdə, səkilərdə, avtobus dayanacaqlarında avtomobillərini park edən, eləcə də digər qayda pozuntuları törədən sürücülər aşkarlanıb. Qanunvericiliyin tələbləri onlara izah edilib və barələrində inzibati tənbeh tədbirləri görülüb.

Regionlar 2023-02-25 00:24:00