×
A
A
A
Sazlamalar

Xaçmazda bal məhsullarının istehsalı və qablaşdırılması layihəsi üzrə kredit verilib

Bakı, 24 fevral, AZƏRTAC

Xaçmaz rayonunda fəaliyyət göstərən "Apiaz" MMC bal və bal məhsullarının istehsalı və qablaşdırılması layihəsi üzrə Sahibkarlığın İnkişafı Fondundan 120 min manat güzəştli kredit əldə edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Fonddan verilən məlumatda bildirilir.
Layihənin icrası nəticəsində 12 yeni iş yerinin yaradılması nəzərdə tutulub. Layihənin maliyyələşdirilməsi "XalqBank” ASC vasitəsilə həyata keçirilib.

Regionlar 2023-02-24 23:21:00