×
A
A
A
Sazlamalar

Bakı Musiqi Akademiyasının tələbələri Xocalı soyqırımının qurbanlarını anıblar

Bakı, 24 fevral, AZƏRTAC

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Qara Qarayev adına konfrans zalında Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar “Tarix-nəzəriyyə” fakültəsinin (bəstəkar və musiqişünas) tələbələrinin iştirakı ilə tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Xocalı faciəsi qurbanlarının, Türkiyədə dəhşətli zəlzələ nəticəsində həlak olan insanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Sonra çıxışlarda Xocalı soyqırımı ilə bağlı bir sıra tarixi məqamlara toxunulub, tələbələr tərəfindən hazırlanan slaydlar təqdim edilib.
Daha sonra Xocalı qətliamına həsr edilən bədii hissə təqdim olunub.

Xocalı faciəsi 2023-02-24 22:53:00