×
A
A
A
Sazlamalar

Ceyhun Bayramov: Biz qisas deyil, Xocalıya ədalət istəyirik

Bakı, 24 fevral, AZƏRTAC

Xocalı faciəsi müasir tariximizin ən faciəli qan yaddaşıdır. Xocalı bizim milli faciəmizdir. Xocalının mülki vətəndaşları 1992-ci ilin fevralında amansız şəkildə qətlə yetirilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xocalı faciəsinin 31-ci ildönümü münasibətilə fevralın 24-də keçirilən tədbirdə deyib.
Nazir qeyd edib ki, Vətən müharibəsi zamanı Ermənistanın silahlı qüvvələri Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi ballistik və reaktiv raketlərlə, kasetli bombalarla atəşə tuturdu. Bu, bir daha sübut etdi ki, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir.
Ceyhun Bayramov qeyd edib ki, əgər Ermənistan indi sülh istəyirsə, o zaman belə təcavüzkar siyasətdən əl çəkməlidir. Azərbaycan regionda sülhün bərqərar olunması üçün çalışır.
“Biz qisas deyil, Xocalıya ədalət istəyirik”, - deyə nazir əlavə edib.

Siyasət 2023-02-24 16:48:00