×
A
A
A
Sazlamalar

Rauf Zeyni: Xocalı soyqırımına hüquqi qiymət verilməsi üçün işlərimizi davam etdirəcəyik VİDEO

Bakı, 24 fevral, AZƏRTAC

Xocalı soyqırımına hüquqi qiymət verilməsi üçün işlərimizi davam etdirəcəyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan tədbirdə jurnalistlərə açıqlamasında deyib.
"Erməni silahlı qüvvələrinin vəhşiliklə törətdiyi bu soyqırımı Azərbaycan tarixinə qara hərflərlə yazılıb. Azərbaycan hökuməti və xalqı bu hadisəyə hüquqi qiymət verilməsi üçün çalışır. Bir çox ölkə Xocalı faciəsini tanıyıb. Biz vətəndaş cəmiyyəti olaraq bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Çalışmalıyıq ki, Xocalı faciəsi ilə bağlı həqiqətlər daim dünya ictimaiyyətinin diqqətində olsun", - deyə Rauf Zeyni əlavə edib.

Xocalı faciəsi 2023-02-24 16:36:00

Video