×
A
A
A
Sazlamalar

Laçının ağ örpəyə bürünmüş Quşçu kəndindən görüntülər VİDEO

Laçın, 24 fevral, Aydın Yavərzadə, AZƏRTAC
Azərbaycanın dilbər guşələrindən olan Laçın və ətraf kəndləri ağ örpəyə bürünüb.
Quşçu kəndi Laçının səfalı yerlərində dağlar qoynunda yerləşir. Adını türkdilli Quşçu tayfasından götürür. Bu ada digər rayonlarımızda, eləcə də Türkiyə, Türkmənistan, Cənubi Azərbaycan, Qərbi Azərbaycan və Şimali Qafqazda da rast gəlinir.
Bu kənd erməni işğalından öncə qonaqpərvər sakinləri, göz oxşayan təbiəti ilə seçilib. Məktəb, poçt, klub və çörəkbişirmə sexi, digər ictimai iaşə obyektlərinin fəaliyyət göstərdiyi kənddə 1000-dək əhali yaşayıb və əsas məşğuliyyət heyvandarlıq olub.
Lakin kənd 30 ilə yaxın erməni işğalında qalıb, yerlə-yeksan edilib. İndi Quşçunun gözəlliyindən geriyə təkcə təbiəti qalsa da, artıq o, azaddır. Quşçu kəndi əsl sahiblərinin, Azərbaycan əsgərinin nəzarətindədir.
AZƏRTAC-ın bölgə müxbiri Laçının Quşçu kəndindən fotoları təqdim edir.

Regionlar 2023-02-24 16:15:10

Video