×
A
A
A
Sazlamalar

ATƏT PA-da Xocalı soyqırımının qurbanları anılıb

Bakı, 24 fevral, AZƏRTAC

Bu gün Avstriyanın paytaxtı Vyanada ATƏT Parlament Assambleyasının (PA) qış sessiyasının ümumi komitələrinin birgə iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev Azərbaycan xalqının Xocalı soyqırımının 31-ci ildönümünü qeyd etdiyini bildirib.
Fürsətdən istifadə edərək Xocalı soyqırımının qurbanlarının əziz xatirəsini yad edən nümayəndə heyətinin rəhbəri 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələrinin bir gecədə 613 günahsız azərbaycanlı mülki şəxsi qəddarcasına qətlə yetirdiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.

Xocalı faciəsi 2023-02-24 15:00:00