×
A
A
A
Sazlamalar

“Azəristiliktəchizat”ın rəhbərliyi Ağcabədidə vətəndaşlarla görüşüb

Bakı, 24 fevral, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev Ağcabədi şəhərində Ağcabədi, Ağdam və Laçın rayonlarından olan vətəndaşların qəbulunu keçirib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, qəbuldan əvvəl “Azəristiliktəchizat” ASC sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi düzüblər.
Yeni Azərbaycan Partiyasının inzibati binasında keçirilən qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, onların Cəmiyyətin fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətləri cavablandırılıb, həlli araşdırma tələb edən məsələlər aidiyyəti şöbələrin icraatına göndərilib.
Sədrin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev qəbulda iştirak edən vətəndaşların xahişi ilə Ağcabədi rayonunda qaçqın və məcburi köçkün ailələrinin yaşadığı şəhərcikdə, həmçinin orada yerləşən Xocavənd kənd 1 saylı tam orta məktəbdə olub. Sakinlərlə və məktəb kollektivi ilə görüşərək istilik təchizatı ilə bağlı onların suallarını cavablandırıb, rəy və təkliflərini dinləyərək baxılması üçün Cəmiyyətin aidiyyəti xidmət və şöbələrinə müvafiq tapşırıqlar verib.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Regionlar 2023-02-24 12:42:51