İşlənmiş batareya təhvil verən vətəndaşlara ağac tingləri hədiyyə edilib
Bakı, 24 fevral, AZƏRTAC
“Bir ağac-min nəfəs” devizi altında “Tullantıları tinglərə dəyiş” ting paylama aksiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “ASAN Könüllüləri” Təşkilatının “Yaşıl ASAN” proqramının birgə təşkilatçılığı ilə fevralın 23-də 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yaz əkin mövsümünün ilk aksiyası olan tədbir zamanı vətəndaşlar şüşə və işlənmiş batareya təhvil verib, əvəzində isə onlara ağac tingləri paylanılıb.
Növbəti aksiya fevralın 28-də 5 saylı “ASAN xidmət” mərkəzinin qarşısında keçiriləcək.
Elanlar nazirliyin saytında (eco.gov.az) və sosial şəbəkə hesablarında paylaşılır. Nazirlik hər kəsi növbəti aksiyalarda fəal iştirak etməyə, təbiətə fayda verərək həmin aksiyadan yararlanmağa çağırır.
Vətəndaşlar əldə etdikləri tinglərin əkilməsi ilə bağlı şəkilləri sosial şəbəkələr vasitəsilə nazirliklə bölüşə bilərlər.
Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq
Bu il Ümumdünya Ətraf Mühit Günü plastik tullantılarla mübarizəyə həsr olunub
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
AQTA əməkdaşları çay və su hövzələrinin sahilində keçirilən təmizlik aksiyalarında iştirak ediblər
Sadiq Qurbanov: Təbiəti sevək və qoruyaq ki, sağlam ətraf mühitdə yaşaya bilək