×
A
A
A
Sazlamalar

Azyaşlıya qeyri-etik təklif edən taksi sürücüsü həbs olunub

Bakı, 23 fevral, AZƏRTAC
Bakıda narkotik maddənin təsiri altında yetkinlik yaşına çatmayan müştəriyə qeyri-etik təkliflər edən taksi sürücüsü həbs edilib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Paytaxt sakini olan bir nəfər DİN-in 102 - Xidməti Zəng Mərkəzinə müraciət edərək bildirib ki, yetkinlik yaşına çatmayan övladı müştəri kimi əyləşdiyi taksidə olan zaman sürücü uşağa qeyri-etik təkliflər edib. Həmin taksi sürücüsü - Abdulağa Mustafayev Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbir nəticəsində saxlanılıb. Araşdırma zamanı sürücünün narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olduğu və qeyri-etik təklifi narkotikin təsiri altında etdiyi müəyyənləşdirilib. A.Mustafayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Abdulağa Mustafayev bir ay müddətinə inzibati qaydada həbs edilib.

Hadisə 2023-02-23 19:22:00