×
A
A
A
Sazlamalar

Xocalı - şəhid şəhər

Bakı, 23 fevral, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Suraxanı rayon Heydər Əliyev Mərkəzinin və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş "Xocalı - şəhid şəhər" adlı tədbir keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstünün önünə gül dəstəsi qoyaraq Ümummilli Liderin əziz xatirəsini yad ediblər.
Sonra 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin gənc rəssamlarının Xocalı faciəsinə həsr etdikləri rəsmlərin sərgisinə baxış keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Daha sonra Mərkəzin "Uşaq teatrı", "Bədii qiraət", "Mahnı teatrı", "Musiqisevərlər", "Milli rəqs" dərnəyinin üzvləri vətənpərvərlik mövzusunda yazılmış şeirlər, səhnəciklər, mahnılar, rəqslərlə çıxış ediblər.
Sonda Xocalı faciəsini əks etdirən videoçarx nümayiş olunub.

 

Mədəniyyət 2023-02-23 17:22:09