×
A
A
A
Sazlamalar

Teatr Muzeyində tədbir - “Köksü dağlı Xocalı”

Bakı, 23 fevral, AZƏRTAC

Fevralın 23-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində yaxın keçmişimizin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının 31 illiyinə həsr olunmuş “Köksü dağlı Xocalı” adlı anım günü keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Dövlət Himni ilə açıq elan olunub və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılışda muzey əməkdaşı tədbir İştirakçılarını salamlayaraq əsrin terror hadisələrindən biri olan Xocalı soyqırımı haqqında danışıb.
Daha sonra Xocalı faciəsinin canlı şahidləri erməni terrorizminin dəhşətlərindən, faciə sonrası yaşadığı, yaddaşlarında həkk olunmuş dəhşətli anları bölüşdülər.
Tədbir çərçivəsində muzey əməkdaşları tərəfindən hazırlanmış Xocalı hadisələrini əks etdirən videoçarx nümayiş olunub.
Anım gününün bədii hissəsi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin ifasında şəhidlərin xatirəsinə ithaf olunmuş kompozisiya ilə davam edib.

Mədəniyyət 2023-02-23 17:05:00