Balakəndə tütün şitillərinin yetişdirilməsi üçün 400-dək sadə istixana hazırlanıb
Balakən, 23 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Bu il Balakən rayonunun təsərrüfatlarında 150 hektaradək sahədə tütün əkilməsi nəzərdə tutulur. Fermerlər cari təsərrüfat ilində də əsasən “Virciniya botaniki” və yerli “İmmuniy” növlü tütün yetişdirəcəklər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.
Qurum rəsmisi bildirib ki, builki mövsümdə “Azərtütün” ASC tərəfindən tütün əkini ilə əlaqədar 5 fermerlə müqavilə bağlanılıb. Bağlanılan müqavilələr üzrə tütün əkiləcək sahələr 73,5 hektar təşkil edir. Eyni zamanda, şirkət özü də bu il rayon ərazisində 8,6 hektarda tütün əkməyi planlaşdırır. Bundan əlavə, cari mövsümdə “Azəri Korporasiyası” tərəfindən rayonda 56 hektar, “İlham M” MMC tərəfindən 3 hektar, fərdi istehsalçılar tərəfindən isə 12,5 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur.
Sektor müdirinin sözlərinə görə, hazırda əhaliyə məxsus şəxsi təsərrüfatlarda tütün şitillərinin yetişdirilməsi üçün sadə istixanalar hazırlanır. Ümumilikdə, 400 sadə istixana hazırlanıb. Bundan əlavə, tütün əkini zamanı fermerlər “Azərtütün” ASC-yə məxsus emal məntəqələrinin istixana təsərrüfatlarında yetişdirilmiş tütün şitilləri ilə də təmin olunacaqlar. Tütün şitilləri martın axırı, aprelin əvvəllərində sahələrə köçürüləcək.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb