Xələf Xələfov: Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı kimi tanınması üçün çalışırıq
Bakı, 23 fevral, AZƏRTAC
XXI əsrin ən böyük cinayətlərindən olan Xocalı soyqırımının 31-ci ildönümü ərəfəsindəyik. Azərbaycan dövləti Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı cinayəti kimi tanınması üçün çalışır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş könüllülər arasında esse müsabiqəsinin təltifetmə mərasimində çıxışı zamanı xarici işlər nazirinin müavini Xələf Xələfov söyləyib.
Nazir müavini qeyd edib: “Biz indiyədək Xocalı soyqırımını törədənləri məsuliyyətə cəlb edə bilməmişik. Bu cinayəti keçmiş SSRİ-nin 336-cı motoatıcı alayı ilə birlikdə erməni terrorçuları törədiblər. Serj Sarkisyan öz etiraflarında deyib ki, biz Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətini həyata keçirmək üçün bu cinayəti törətmişik”.
Parisdə Xocalı soyqırımına dair sənədli filmin və kitabın təqdimatı olub
Bakı Kitab Mərkəzində “Khojaly Scream” kitabının təqdimatı olub
Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
Xocalı soyqırımının 31-ci ildönümü Aktauda silsilə tədbirlərlə qeyd olunub