"Qanlı göl" ətrafında 32 hektar ərazi və şamlıqdan ibarət 6 hektarlıq park layihələndirilib
Bakı, 23 fevral, AZƏRTAC
"Kristal Bakı" ASC "Qanlı göl" ətrafında böyük bir layihəyə başlayıb. Paytaxtın Yasamal rayonunda 27 hektar ərazidə böyük bir yenidənqurma işləri əsasında yaşayış binalarının inşası planlaşdırılır. Bununla yanaşı, əhalinin rifahının yaxşılaşdırılması məqsədilə layihəmizə yaxın bir ərazidə "Qanlı göl" ətrafında böyük bir parkın yenidən qurulması prosesini layihələndirmişik.
AZƏRTAC xəbər verir ki, bunu "Kristal Bakı" ASC-nin direktoru İbrahim Dostuməliyev deyib.
İ.Dostuməliyev bildirib ki, "Qanlı göl" ətrafında 32 hektar ərazi və şamlıqdan ibarət 6 hektarlıq park layihələndirilib: "Layihə yeni, müasir standartlara cavab verən park layihələri əsasında işlənilib. Hədəfimiz layihənin uğurlu icrası və əhalinin tam istifadəsinə verilməsidir".
Sabah bəzi rayonlarda leysan yağacaq, dolu düşəcək
Qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 3-ü gündüzədək davam edəcək
İyunda bəzi yerlərdə havanın temperaturu 41 dərəcəyə kimi yüksələcək
Sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacaq
İyunun 3-ü gündüzədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək