×
A
A
A
Sazlamalar

Qanunsuz ov edən xarici ölkə vətəndaşı cəzalandırılıb

Bakı, 23 fevral, AZƏRTAC

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Saatlı rayonu ərazisində qanunsuz ov edən əcnəbi vətəndaş saxlanılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı qanunsuz ov edən şəxsin Küveyt vətəndaşı Khaled Alrasheedi olduğu müəyyən edilib.
Faktla əlaqədar təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb.

Ekologiya 2023-02-23 15:24:00