Qaxa 62 santimetr qar yağıb
Bakı, 23 fevral, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin fevralın 23-nə olan məlumatına əsasən Böyük Qafqazın bəzi ərazilərində arabir qar yağıb. Qax rayonunda intensiv olub.
AZƏRTAC-ın Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumatına görə, qar örtüyünün hündürlüyü: Qaxda 62, Ordubadda 24 , Şahdağda 8, Lerikdə 7, Xaltanda 4, Qusar, Qubada 1 santimetr olub.
Düşən yağıntının miqdarı: Qaxda 30.0, Şahdağda 3.0, Qubada 4.0, Qəbələ, Zaqatala, Şəkidə 1.0 millimetrədək olub.
Fevralın 22-də şimal-qərb küləyi arabir İsmayıllıda 26, Qobustan, Şamaxıda 22, Şəki, Qəbələdə 20, Oğuz, Kəlvəz, Qubada 19, Göyçay, Gədəbəy, Naftalan, Şabran, Qusarda 18, Qrız, Altıağac, Mingəçevir, Tərtərdə 16, Bakıda və Abşeron yarımadasında isə arabir 26 metr/saniyəyədək güclənib, Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.5 metrə çatıb.
Gün ərzində yağıntı ölkənin digər ərazilərini əhatə edəcək, axşam əksər rayonlarda sulu qar, dağlıq və dağətəyi rayonlarda intensiv qar yağacaq. 24-də axşama doğru yağıntı kəsəcək. 23-də və 24-ü gündüzədək şimal küləyi güclü olacaq.
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
Sabahın hava proqnozu açıqlanıb
Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb