Ekologiya və təbii sərvətlər naziri Abşeronda vətəndaşları qəbul edib
Bakı, 23 fevral, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, 2023-cü il fevralın 23-də ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Abşeron rayonunda yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Qəbuldan əvvəl nazir və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, mineral xammal, biomüxtəliflik, işlə təminolunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, qısamüddətli yağış yağıb
Azərbaycanda bioloji müxtəlifliyin qorunması sahəsində əldə edilmiş nailiyyətlər diqqətə çatdırılıb
Paytaxt havasında dəm qazının miqdarı normanı 1,5 dəfə ötüb
Beynəlxalq konfransın iştirakçıları Azərbaycan ərazilərində törədilən vandallıqlarla tanış olublar