×
A
A
A
Sazlamalar

Samuxda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 5,8 faiz artıb

Samux, 23 fevral, Elcan Məmmədov, AZƏRTAC

Ötən il Samux rayonunda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 121765,0 min manat olub ki, bu da 2021-ci illə müqayisədə 5,8 faiz çoxdur.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 2022-ci ilin məhsulu üçün 11420,7 hektar (əvvəlki ilin müvafiq dövrünə nisbətən 613,8 hektar və ya 5,7 faiz çox) payızlıq taxıl səpini aparılıb. Həmçinin 4786,5 hektar sahədə yazlıq bitkilər əkilib. Bu, 217,4 hektar və ya 4,3 faiz az olub.
Hesabat dövründə 10859,9 hektar sahədə taxıl biçilib. Həmin sahələrdən 43462 ton məhsul yığılıb. Məhsuldarlıq hər hektarda orta hesabla 40 sentner təşkil edib.

Kənd təsərrüfatı 2023-02-23 13:47:36