IFC ilə enerji sahəsinə özəl sektor investisiyalarının cəlb edilməsi yönündə fikir mübadiləsi aparılıb
Bakı, 23 fevral, AZƏRTAC
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında görüş keçirilib.
AERA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə AERA-nın İdarə Heyətinin sədri Samir Axundov, IFC-nin Azərbaycandakı daimi nümayəndəsi Aliyə Əzimova, sözügedən maliyyə institutunun Avropada Dövlət-özəl sektor tərəfdaşlığı üzrə regional rəhbəri Mehita Fanny, eləcə də hər iki qurumun digər əməkdaşları iştirak ediblər.
Görüş zamanı enerji tənzimləmə sahəsində həyata keçirilən tədbirlər, elektrik enerjisinin ixrac imkanları, həmçinin enerji sektorunda, xüsusilə bərpaolunan enerji sahəsində əlverişli investisiya mühiti barədə ətraflı məlumat verilib. Eyni zamanda, enerji sahəsinə özəl sektor investisiyalarının cəlb edilməsi yönündə fikir mübadiləsi aparılıb.
Energetika naziri “OPEC+” nazirlərinin görüşündə iştirak edəcək
“Qaradağ” Günəş Elektrik Stansiyasının bu il istifadəyə verilməsi planlaşdırılır
“Yaşıl enerji” və təmiz ətraf mühit mövzusunda ictimai müzakirə təşkil olunub
Bərpaolunan enerji mənbələri layihələrinə dair aktual məsələlər müzakirə olunub