×
A
A
A
Sazlamalar

DİN: Ötən gün 9 kiloqrama yaxın marixuana dövriyyədən çıxarılıb

Bakı, 23 fevral, AZƏRTAC

Polis əməkdaşlarının fevralın 22-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 8,9 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

 

Hadisə 2023-02-23 10:52:00