×
A
A
A
Sazlamalar

Azərbaycanda COVID-19 infeksiyasına 31 yoluxma faktı qeydə alınıb

Bakı, 23 fevral, AZƏRTAC

Fevralın 22-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 31 yoluxma faktı qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 828 min 426 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 167 nəfər müalicə olunaraq sağalıb, 10 min 108 nəfər vəfat edib. Aktiv xəstə sayı 151 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1286, bu günə qədər isə ümumilikdə 7 milyon 517 min 428 test icra olunub.

Səhiyyə 2023-02-23 00:35:00