×
A
A
A
Sazlamalar

“Şahdağ” Milli Parkının dağlıq ərazisində baş vermiş yanğın məhdudlaşdırılıb

Bakı, 22 fevral, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində “Şahdağ” Milli Parkı ərazisində baş vermiş yanğın məhdudlaşdırılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.

Hadisə 2023-02-22 18:37:00