Mütəxəssis: Xüsusi ağırlıqlarla edilən hərəkətlər diz qığırdaqlarında problemlər yaradır
Bakı, 22 fevral, AZƏRTAC
Bel ağrısı xəstəliyinin yaranma səbəbləri müxtəlifdir. Hərəkətsizlik və artıq çəki bel yırtıqlarının yaranmasının əsas səbəblərindəndir. Artıq çəkili insanlarda onurğanın yüklənməsi ağrıların yaranmasına şərait yaradır.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun şöbə müdiri Nizami Məmmədov deyib.
N.Məmmədovun sözlərinə görə, idman zallarında xüsusi ağırlıqlarla edilən hərəkətlər diz qığırdaqlarında müəyyən problemlərə səbəb olur: “Diz qapağının artıq çəki ilə yüklənməsi və həmin ağırlıqlarla edilən hərəkətlər diz qığırdağının kəskin yüklənməsinə gətirib çıxarır. Disk yırtığı, osteoxondroz kimi problemlərdən əziyyət çəkən xəstələrə ağırlıq qaldırmaq məsləhət görülmür. Disk yırtıqları əsasən gənc yaşlarda əməliyyat olunur. Müəyyən yaşdan sonra sümüklər öz keyfiyyətini itirir və əməliyyat yararsızdır. Oynaq ağrılarından əziyyət çəkən şəxslər bilməlidir ki, bu xəstəlik uzunmüddətli və çox faktorludur. Cərrahi əməliyyat yalnız üçüncü - ən ağır mərhələdə məsləhət görülür. Diz nahiyəsində ağrısı olan şəxslər buzdan istifadə edə bilər. Buzu ağrıyan nahiyəyə qoymaq və bir qədər gözləmək ağrını azaldır. Əgər ağrı şiddətlənərsə mütəxəssisə müraciət olunmalıdır”, - deyə mütəxəssis bildirib.
Bu gün Azərbaycanda COVID-19 əleyhinə 63 doza vaksin vurulub
İyunun 7-də Azərbaycanda COVID-19 infeksiyasına 4 yoluxma faktı qeydə alınıb
Gələn il ölkəmizdə Göz Bankı yaradılacaq
TƏBİB tərəfindən ilk dəfə olaraq Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu keçiriləcək
Bəzi həssas müalicə üsullarının yerli şəraitdə aparılması tövsiyə olunur