Təhsil müəssisəsindəki qanunsuzluqlarla bağlı cinayət işi məhkəməyə göndərilib
Bakı, 22 fevral, AZƏRTAC
Masallı rayonunun F.Xancanov adına Musaküçə tam orta məktəbində baş vermiş qanunsuzluqlar barədə başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
Rayon prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, istintaq zamanı məktəbin direktoru İlqar Cahangirovun 20 min 218 manat məbləğində dövlət vəsaitini mənimsəməsi və 11 min 500 manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
İlqar Cahangirova Cinayət Məcəlləsinin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 179.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 313-cü (vəzifə saxtakarlığı) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO