Sinoptiklərdən xəbərdarlıq: Hava şəraiti dəyişkən olacaq
Bakı, 22 fevral, AZƏRTAC
Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi haqqında məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, məlumatda fevralın 23-də Bakıda və Abşeron yarımadasında günün ikinci yarısında şimal küləyinin 15-20 metr/saniyə, 24-də arabir 23-28 metr/saniyəyə çatacağı bildirilir.
Hava şəraitinin qısa müddətə yağıntılı olacağı gözlənilir. Belə ki, fevralın 23-ü axşama doğru arabir yağıntılı olacağı, 23-dən 24-nə keçən gecə sulu qara keçəcəyi, 24-də gün ərzində fasilələrlə sulu qar, axşam tədricən kəsiləcəyi gözlənilir.
Azərbaycanın rayonlarında fevralın 23-də gecə və səhər əsasən şimal və qərb rayonlarında, 23-ü axşama doğru və 24-də əksər rayonlarda havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.
Fevralın 22-24-də qərb küləyi 15-20 metr/saniyə, arabir 23-28 metr/saniyəyədək güclənəcək.
Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
Fatma Yıldırım: Ətraf mühitlə bağlı ölkəmizdə irimiqyaslı ekoloji layihələr həyata keçirilir
Ümumdünya Ətraf Mühit Günündə çay sahilləri tullantılardan təmizlənib
Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq
Bu il Ümumdünya Ətraf Mühit Günü plastik tullantılarla mübarizəyə həsr olunub