Bakıda havada toz dumanı müşahidə olunur
Bakı, 22 fevral, AZƏRTAC
Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva AZƏRTAC-a bildirib ki, havada tozun miqdarı 1.6-3 dəfə normadan artıqdır. Buna səbəb arabir güclənən cənub-qərb və şimal istiqamətli küləklərin təsiri nəticəsində torpağın üst quru səthində formalaşan toz kütlələrinin ətraf ərazilərə yayılmasıdır.
Tozlu hava şəraiti lokal xarakter daşıyır və meteoroloji şəraitdən asılı olaraq gün ərzində davam edəcəyi gözlənilir.
Sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacaq
İyunun 3-ü gündüzədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək
Elçin Sultanov: “Qırmızı kitab”ın üçüncü nəşrinə 16 yeni quş növü salınıb
Sabah Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq
Mayın ikinci ongünlüyündə orta temperatur çoxillik iqlim normasından aşağı olub