“Bakı” Elektrik Stansiyasında indiyədək 8,4 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub
Bakı, 22 fevral, AZƏRTAC
“Bakı” Elektrik Stansiyasında istismara verildiyi tarixdən - 2007-ci il fevralın 22-dən cari il fevralın 1-dək 8,4 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hər birinin gücü 8,7 meqavat olan 12 ədəd qaz porşenli aqreqatdan (QPA) ibarət stansiyanın ümumi qoyuluş gücü 104,4 meqavat təşkil edir.
Stansiyada elektrik enerjisi istehsalı 2021-ci ildə 0,58 milyard kilovat-saat, 2022-ci ildə isə 0,52 milyard kilovat-saat olub.
Energetika naziri “OPEC+” nazirlərinin görüşündə iştirak edəcək
“Qaradağ” Günəş Elektrik Stansiyasının bu il istifadəyə verilməsi planlaşdırılır
“Yaşıl enerji” və təmiz ətraf mühit mövzusunda ictimai müzakirə təşkil olunub
Bərpaolunan enerji mənbələri layihələrinə dair aktual məsələlər müzakirə olunub