ABŞ-ın Minnesota ştatındakı qəzetlər Xocalı faciəsi barədə məlumat yayıb
Bakı, 22 fevral, AZƏRTAC
ABŞ-ın “Dakota County Tribune” və “Sun This Week” qəzetlərinin Minnesota ştatının Farminqton və Roseville, Börnsvil və Lakeville şəhərlərini əhatə edən nəşrlərində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar məlumat dərc edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Unudulmaz Xocalı” və “Biz xatırlayırıq!” başlıqları ilə təqdim olunan məlumatda 1992-ci il fevralın 26-da azərbaycanlılara qarşı bir gecədə törədilmiş faciəyə diqqət cəlb edilib. Təcavüzkarın Ermənistan olduğu, 613 azərbaycanlının bir gecədə qətlə yetirildiyi, onların arasında 106 qadının, 63 uşağın, 70 ahıl şəxsin olduğu, 1275 nəfər azərbaycanlının girov götürüldüyü diqqətə çatdırılıb. Burada yerləşdirilən https://azamn.org vasitəsilə oxuculara Xocalı soyqırımı barədə ətraflı məlumat verilir.
Xocalı faciəsinin geniş oxucu kütləsinə çatdırılması məqsədilə yerli sakinlərə qəzetlər paylanılıb. Məlumat bu nəşrlərin elektron versiyalarında da yerləşdirilib.
Qeyd edək ki, bu təşəbbüs Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və ABŞ-ın Minnesota ştatında fəaliyyət göstərən Amerika Azərbaycan Minnesota Assosiasiyasının rəhbəri Günel Krişnanın təşkilatçılığı ilə həyata keçirilib.
Xocalı soyqırımı şahidinin xatirələri holland dilində dərc olunub
Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı ümumukrayna onlayn konfransı keçirilib
Dmitri Savelyev: Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir
Xocalı faciəsi ilə əlaqədar Sloveniyanın paytaxtında maarifləndirmə aksiyası keçirilib
Parisdə “İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filmi nümayiş olunub VİDEO