Paytaxt məktəblərində Xocalı soyqırımına həsr olunan xüsusi dərslər təşkil olunacaq
Bakı, 22 fevral, AZƏRTAC
“Xocalı soyqırımının otuz birinci ildönümü ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmri imzalanıb.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, əmrə əsasən, fevralın 24-ü və 25-i təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan xüsusi dərslər təşkil olunacaq. Həmçinin təhsil müəssisələrində Xocalı soyqırımı ilə bağlı tədbirlərin keçirilməsi, xocalıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda soyqırımı şahidləri, həlak olmuş şəxslərin ailə üzvləri ilə görüşlərin təşkil edilməsi nəzərdə tutulur. Bundan əlavə, təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan ədəbi-bədii kompozisiyalar, şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri təşkil ediləcək, sənədli və bədii filmlər nümayiş olunacaq.
Xocalı soyqırımı şahidinin xatirələri holland dilində dərc olunub
Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı ümumukrayna onlayn konfransı keçirilib
Dmitri Savelyev: Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir
Xocalı faciəsi ilə əlaqədar Sloveniyanın paytaxtında maarifləndirmə aksiyası keçirilib
Parisdə “İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filmi nümayiş olunub VİDEO