Kliniki Tibbi Mərkəzdə ilk dəfə sinirlərin bərpası mikrocərrahi əməliyyatı icra olunub
Bakı, 22 fevral, AZƏRTAC
Kliniki Tibbi Mərkəzdə icbari tibbi sığorta çərçivəsində ilk dəfə 34 yaşlı vətəndaşa sinirlərin, vətərlərin bərpası mikrocərrahi əməliyyatı uğurla icra edilib.
AZƏRTAC Kliniki Tibbi Mərkəzə istinadla bildirir ki, tibb müəssisəsində ilk mikrocərrahi əməliyyat olan damar, vətər, sinir bərpası əməliyyatı cərrah Kənan Quliyev tərəfindən yüksək dəqiqliklə icra olunub.
Həkim qeyd edib ki, iş qəzası nəticəsində sol əlin ovuc səthində kəsilmiş yara ilə Kliniki Tibbi Mərkəzə müraciət edən pasiyentə sol əlin 4-cü barmağın dərin və səthi bükücü vətərlərinin, 3-cü və 4-cü barmaqların sinir və vətərlərin kəsilməsi diaqnozu qoyulub: “Xəstəyə təcili əməliyyat təyin edilib. İki saatdan çox davam edən əməliyyat uğurla nəticələnib”, - deyə cərrah bildirib.
Laçında təcili və təxirəsalınmaz tibbi yardım briqadası fəaliyyətə başlayıb
Günəşin mənfi təsirlərindən qorunmaq üçün yayda dəriyə qulluq vacibdir
Mayın 27-də Azərbaycanda COVID-19 əleyhinə 101 doza vaksin vurulub
Mayın 27-də Azərbaycanda COVID-19 infeksiyasına 9 yoluxma faktı qeydə alınıb
Serebral iflicin müalicəsində əsas məqsəd uşağın həyat keyfiyyətini mümkün qədər artırmaqdır